Hesablama Palatası Azərbaycanın iqtisadiyyatında davamlı inkişaf meyillərini təhlil etməklə və xarici mühit risklərini nəzərə almaqla, gələcəyə yönəlik proqnozlar verən auditlərin keçirilməsini öz iş planına daxil edə bilər.
Bunu deputat Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, bu cür auditlər dövlət qurumlarının gələcək risklərə və imkanlara daha yaxşı hazırlaşmalarına kömək edə bilər.