Görkəmli Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı Alban Klod (Alban Claude) Qarabağa səfər edəcəyini bildirib.

O, bu barədə öz feysbuk hesabında məlumat verib.

“Tezliklə Qarabağda olacam. Mənim məqsədim fransız oxucular üçün bu  müharibə və tarixi torpaqlar haqqında yazmaqdır. Düşünürəm ki, bu yolla daha faydalı ola bilərəm”,- deyə Alban Klod qeyd edib.

Qeyd edək ki, Alban Klod Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıxın nəticəsidir. O, həmçinin ana tərəfdən Qacar hökmdarı Fətəli şahın nəvəsi, vəliəhd Abbas Mirzənin oğlu Bəhmən Mirzənin, eləcə də görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun nəslindəndir.

İstinadlar Qafqazinfo