Ukraynada minomyot partlayıb, 3 hərbçi ölüb
Ukraynada hərbi təlimlər zamanı bədbəxt hadisə baş verib. Təlim zamanı minaatan partlayıb. Ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 3 hərbçi həlak olub, 9 nəfər isə yaralanıb. Təlimlər dayandırılıb.