Sudanda qarşıdurma zamanı 12 nəfər ölüb, 17-si yaralanıb
Sudanda bir qrup silahlı şəxs Darfur əyalətində yaşayan tayfalardan birinin nümayəndələrinə pusqu qurub. Nəticədə “Əs-Salamat” tayfasının 12 nəfər üzvü ölüb, 17-si yaralanıb. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.