Qırğız Respublikasının Tacikistanla sərhədində silahlı münaqişə zamanı həlak olmuş sakinlərinin sayı 34-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi şənbə günü bildirib.

“Son məlumatlara görə, zərərçəkənlərin ümumi sayı 173 nəfər təşkil edir, onlardan 34-ü həlak olub”, – xəbərdə deyilir.

173 zərərçəkmiş arasında 31 hərbi, 1 tibb işcisi və 131 mülki sakin var. “Daha 10 zərərçəkmiş üzrə məlumatlar dəqiqləşdirilir”, – Səhiyyə Nazirliyində əlavə ediblər.

Toqquşmalar zamanı Qırğız Respulikasında onlarla bina dağıdılıb, onlar arasında məktəb, sərhəd zastavası və yanğınsöndürmə bölməsi var. Qarşıdurma zonasından 27 mindən çox insan təxliyə edilib.

İstinadlar Report