Yanvarın 28-də Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəsasının tapmasının zəruri olduğunu vurğulayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətininin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib.

İstinadlar Report