
Tacikistanın iki rayonunda təxminən 100 yaşayış evi aprelin 13-də ölkədə baş vermiş zəlzələ nəticəsində dağılıb və daha onlarla bina zərər görüb, bir uşaq ölüb.
Bu barədə TASS-a respublika hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Böhran Vəziyyətlərinin İdarəetmə Mərkəzindən bildirilib.
Məlumatda qeyd olunub ki, ilkin məlumatlara görə, Raşt rayonunun beş kəndində 40 yaşayış evi tamamilə dağılıb, 5 yaşayış evi, 3 çayxana və məktəbin 1 yardımçı tikilisi qismən dağılıb. Bundan başqa, Uşturpast kəndində üç yaşlı uşaq evin divarı altında qalaraq ölüb. Onun ölümü barədə əvvəllər FHK-dan məlumat verilmişdi.