Tacikistanın şimalında yeraltı işlər zamanı üç şaxtaçı həlak olub.

Bu barədə Tacikistanın Fövqəladə Hallar Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Faciə Soqd vilayətinin Ayni rayonundakı “Fon-Yaqnob” kömür mədənində baş verib.

“Yanvarın 17-də saat 14:00-da Fövqəladə Hallar Komitəsinin növbətçi hissəsinə “Fon-Yaqnob” mədənində iş zamanı uçqunun baş verdiyi və üç mədənçinin dağıntılar altında qaldığı barədə siqnal daxil olub”, – məlumatda bildirilir.

İstinadlar Report