Tacikistanın qərbindəki Vəhdət şəhərində yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsində dünən gecə üsyan baş qaldırıb.

Bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, üsyan zamanı 32 nəfər – 29 məhkum və 3 nəzarətçi ölüb.

Nazirlikdən qeyd ediblər ki, cəzaçəkmə müəssisəsində üsyanın təşkilatçıları İŞİD terror qruplaşmasının tərəfdarları olub. Məlumatda üsyana bilavasitə Bəhruz Qulmorad, Qulov Fəxrəddin, Şaripov Maxmadullo və Həsənov Ruhullo rəhbərlik ediblər.

Vurğulanıb ki, Qulmorad İŞİD sıralarına qoşulmuş və sonradan Suriyada öldürülmüş Tacikistanın xüsusu təyinatlı mobil dəstəsinin sabiq polkovniki Qulmorad Həlimin oğludur.

Qeyd edək ki, Vəhdət paytaxt Düşənbə şəhərindən 15 km cənub-şərqdə yerləşir. Hadisənin baş verdiyi cəzaçəkmə müəssisəsində isə təxminən 1500 məhkum saxlanılır.

İstinadlar Report