Tacikistan prezidenti Emoməli Rəhmon İtaliya və Vatikana ilk dəfə rəsmi səfərə yola düşüb.

Məlumatı Tacikistan Prezidentinin mətbuat xidməti yayıb.

Məlumata görə, onu bu səfərdə xarici işlər, daxili işlər, sənaye və yeni texnologiyalar, kənd təsərrüfatı, energetika, nəqliyyat, mədəniyyət nazirləri, dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi, o cümlədən, İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, Narkotiklərlə Mübarizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər müşayiət edir.

Səfərlə bağlı başqa təfərrüatlar açıqlanmayıb.

İstinadlar Report