Hindistanın ən məşhur memarlıq abidəsi olan Tac Mahal mavzoleyi iki aylıq fasilədən son bu gün qapılarını turistlərin üzünə açıb.

Abidəni görmək istəyənlər üçün məhdudiyyətlər tətbiq edilib.

Belə ki, kompleksin ərazisinə eyni zamanda yalnız 650 nəfərin daxil olmasına icazə verilir.

“Bütün ziyarətçilər maska taxmalıdır. Onlara nəzarət etmək üçün xüsusi komandalar təşkil edilib”, – Hindistan Arxeoloji İdarəsinin Aqra şəhəri üzrə rəhbəri Vasant Kumar Savarnkar jurnalistlərə bildirib.

İstinadlar Report