Ukraynalı jurnalist və teleaparıcı Savik Şusterin Ukraynaya girişi qadağan olunub.

Nəşr hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən bildirir ki, Şuster “qırmızı siyahı”ya üç il müddətinə salınıb. Buna əsas kimi hazırda Ukraynada tətbiq edilən hərbi rejim və Şusterin ikinci vətəndaşlığının olması gətirilir.

Qeyd edək ki, Şuster İtaliya vətəndaşıdır. Jurnalist hazırda Ukraynada deyil. Şuster daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid edib.

İstinadlar Qafqazinfo