Milli Məclisə növbədənkənar seçkilər 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 46 saylı seçki məntəqəsində seçicilərin ruh yüksəkliyi ilə başlayıb.
Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan olunub.
Səhər saatlarından məntəqəyə üz tutan seçicilər öz konstitusion hüquqlarından istifadə edir, istədikləri namizədlərə səs verirlər. Həm Şuşada çalışan seçicilər, həm də doğma yurda köçmüş şuşalılar səsvermədə fəal iştirak edirlər.