Şuşada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir.

Konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Qismət Gözəlov, təşkilata üzv olan ölkələrdən ekspert və analitiklər iştirak edirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev açılışda bildirib ki, türk ölkələri arasında əməkdaşlığın gücləndirilməsi gündəmdədir:

“Son vaxtlar türk dünyasında mühüm hadisələr baş verib: Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, Azərbaycan-Qazaxıstan-Türkiyə platformasının yaradılması və s”.