27 sentyabr Vətən Müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar Şuşada namaz qılınıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli öz feysbuk hesabında paylaşım edib. O bildirib ki, namaz Yuxarı Gövhərağa məscidində qılınıb.

“Şəhidlərimizin müqəddəs ruhlarını Quran, namaz və dualarla yad etdik”, – deyə Hacı Şahin paylaşımında bildirib.

Qeyd edək ki, 2020-ci ildə 27 sentyabr – 9 noyabr aralığında baş verən II Qarabağ Müharibəsi zamanı Azərbaycanın 3 minə yaxın hərbçisi şəhid olub. Şuşa noyabrın 8-də işğaldan azad edilib.



İstinadlar Qafqazinfo