Vətən müharibəsinin ildönümü ilə bağlı Şuşa şəhərində anım tədbiri keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Anım Günü ilə əlaqədar keçirilən tədbirdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin xatirəsinə yaylım atəşi açılıb, hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan, Zəfərin qazanılmasında hərbçilərimizin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Mərasimin sonunda Müdafiə Nazirliyinin və Daxili Qoşunların şəxsi heyəti Şuşa şəhərinin mərkəzi küçələrində təntənəli yürüş keçirib.







İstinadlar Qafqazinfo