Şuşa şəhərində Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və ICESCO-nun birgə təşkilatçılığı ilə “By Youth For Youth” adlı beynəlxalq forum başlayıb.

Tədbirdə dövlət və hökumət rəsmiləri, ICESCO rəhbərliyi və katibliyi, müxtəlif ölkələrin nazirləri, beynəlxalq təşkilatların nümayəndələri və 55 ölkədən 160-dan çox gənc iştirak edir.

Forumun məqsədi İslam dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

İstinadlar Report