
Xəbər verdiyimiz kimi, Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib.
Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib ki, Şuşa türməsinin ərazisində aşkar olunan meyit qalıqlarının I Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olduğu ehtimal edilir.