Şuşa 2023-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilə bilər.

Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xiva şəhərində TÜRKSOY-un 38-ci nazirlər iclasında Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim edib.

“Özbəkistanın Xiva şəhərində TÜRKSOY-un 38-ci nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım”, – nazir tvitter səhifəsində yazıb.

İstinadlar Qafqazinfo