“National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Deqati işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə bağlı şəhərdə çəkilişlər aparır.

Bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Tvitterdə məlumat paylaşıb.

O, R.Deqati ilə görüşdə ilk olaraq ona birinci Qarabağ müharibəsi zamanı informasiya blokadasının yarılmasında göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Görüşdə qeyd olundu ki, Azərbaycanın mədəniyyət paytaxtının bərpası beynəlxalq standartlara uyğun olaraq, milli tarixi sərvətimizi qoruma şərti ilə aparılır.

Rza Deqati dünyada Şuşanın Azərbaycan xalqının məğlubedilməz ruhunun simvolu kimi qəbul edildiyini bildirib.

Daha sonra vizual incəsənət sahəsində maraq kəsb edən layihələr ətrafında fikir mübadiləsi aparılıb.