Qax rayonunda sürücü idarəetməni itirərək qəza törədib.

Hadisə səhər saatlarına Qax-Zaqatala yolunun Güllük kənd ərazisində baş verib.

Belə ki, “Mersedes” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov


İstinadlar Qafqazinfo