Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Surqut şəhərində bağ evində baş vermiş yanğının söndürülməsi zamanı dörd nəfərin meyiti aşkar edilib.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

“Yanğının söndürülməsi zamanı Rusiya FHN əməkdaşları bir yaşlı oğlan, üç yaşlı qız, 27 yaşlı qadın və 56 yaşlı kişinin cəsədlərini aşkar ediblər”, – məlumatda diqqətə çatdırılıb.

İstinadlar Report