
Suriyanın keçid dövrünün prezidenti Əhməd aş-Şaraa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saudla görüşmək üçün ilk xarici səfərini Ər-Riyada edib.
Bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.
“Əş-Şaraa bazar günü səhər saatlarında Səudiyyə Ərəbistanına ilk xarici səfərə gəlib. Onu xarici işlər naziri Əsəd aş-Şibani müşayiət edir”, – agentlik yazıb.
Görüşün məzmunu ilə bağlı məlumat hələ yoxdur.