
Dəməşqin yeni hakimiyyəti Ərəb Dövlətləri Liqasının Suriya xalqının iradəsini dəstəkləyəcəyinə və ölkənin regional təşkilata qayıdacağına ümid edir.
Bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani təşkilatın baş katibinin köməkçisi Hüsam Zəkinin başçılıq etdiyi nümayəndə heyəti ilə Dəməşqdə görüşdən sonra bildirib.
“Ümid edirik ki, Ərəb Dövlətləri Liqası Suriya xalqının iradəsini dəstəkləyəcək və tezliklə ora qayıdacağıq”, – o qeyd edib.