
Sosial şəbəkələrdə Suriyanın keçmiş prezidenti Hafiz Əsədin meyitinin qalıqlarının ekshumasiyasını əks etdirən video yayılıb.
“X” sosial şəbəkəsində naməlum şəxslərin meyitin qalıqlarını başqa yerə apardıqları barədə məlumatlar da yayılıb.
Naməlum şəxslərin qəbri qazdıqlarını əks etdirən daha bir video aprelin 17-də sosial şəbəkədə yayılıb. Onların Latakiya əyalətindəki silahlı qruplaşmalarla əlaqəli olması ehtimal edilir.
“Ynet” yazır ki, qalıqları ekshumasiya edənlər Hafiz Əsədin oğlu – keçmiş prezident Bəşər Əsədin tərəfdarları ola bilər və onlar bu addımı qalıqları təhqir olunmaqdan qorumaq məqsədilə atıblar.