Suriyanın İdlib əyalətində terrorçuların ordunun mövqeyinə hücumu zamanı iki hərbçi həlak olub.

Bu barədə Suriyada düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya mərkəzinin rəhbəri kontr-admiral Aleksandr Karpov bildirib.

A.Karpovun sözlərinə görə, hadisə əyalətin cənub hissəsində baş verib. Silahlıların diversiya qrupu Ruayha yaşayış məntəqəsində hökumət qüvvələrinin mövqelərinə hücum edib.

O, qeyd edib ki, atışma zamanı terrorçular da itki verib.

İstinadlar Report