Rusiya tərəfi Hmeymim və Tartus bazalarını o halda saxlaya bilər ki, bu, Suriya üçün faydalı olsun.

Bunu Suriyanın müdafiə naziri Marhaf Əbu Kasra bildirib.

“Əgər bundan Suriya üçün fayda əldə edəcəyiksə, o halda bəli”, – nazir “The Washington Post” qəzetinə müsahibəsində söyləyib.

Bundan başqa, onun sözlərinə görə, Bəşər Əsədin Suriya prezidenti vəzifəsindən getməsindən sonra Moskvanın yeni hökumətə münasibəti “xeyli yaxşılaşıb”.

İstinadlar Report