
Suriyalı hüquq müdafiəçiləri və fəallar ölkənin yeni hakimiyyətini hökumətin formalaşmasında qadınların iştirakını təmin etməyə çağırırlar.
Xüsusilə Suriya Qadın Siyasi Hərəkatı (SWPM) Dəməşqdə tədbir təşkil edərək belə bir çağırış edib.
Tədbir iştirakçıları bunu azadlıq və bərabərlik prinsiplərinin təmin edilməsi baxımından vacib hesab ediblər.
SWPM-in nümayəndəsi Dua Məhəmməd bildirib ki, Suriyada qadınların fəal iştirakı olmadan yeni demokratik hökumət formalaşdırmaq mümkün deyil. Onun sözlərinə görə, qadınlar siyasi dəyişikliklərdə mühüm rol oynaya bilərlər.