“Bu gün Bakı konfransının iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatında liderliyinin və ölkənin təşkilata verdiyi töhfənin şahidi olublar”.

Bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının kuluarında Suriya Parlamentinin üzvü Məhəmməd Baxit deyib.

“Bugünkü tədbir çox əlamətdardır, çünki bu konfransın dünyanın çoxlu sayda ölkəsinə aidiyyəti var. Qoşulmama Hərəkatı dünyada sülhün təmin olunmasına töhfə verir. Bu gün sülhün vacibliyini yenidən düşündük və onun qorunub saxlanılması istiqamətində daha bir addım atdıq”, – o bildirib.

İstinadlar Report