İraqın Suriya ilə sərhəddə yerləşən Əl-Qaim şəhərində qarşı tərəfdən atılan raketin yaşayış evinin üzərinə düşməsi nəticəsində üç nəfər yaralanıb.

Bu barədə şənbə günü Ənbar əyalət şurasının üzvü Kərim əl-Karbuliyə istinadən yerli “al-Sumaria” telekanalı məlumat yayıb.

O, raketin məhz kim tərəfindən atıldığının məlum olmadığını bildirib.

İraqın Əl-Qaim şəhəri isə sərhəddə Suriyanın Hacin və Baquz yaşayış məntəqələri yerləşir. Onları bir-birindən Fərat çayı ayırır. Baquzda artıq neçə həftədir ki, İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar aparılır.

İstinadlar Report