Suriyanın Aziz şəhərində Türkiyə Silahlı Qüvvələrinin karvanına PKK/YPG-PYD terrorçularının hücumu nəticəsində 1 hərbçi şəhid olub, 3-ü yaralanıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirlib.

Hadisə hərbçilərin Aziz və Afrin şəhərləri arasında yerləşən bazaya gedişi zamanı baş verib. Həmin baza Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə keçirdiyi “Fırat kalkanı” və “Zeytun budağı” antiterror əməliyyatları nəticəsində terrorçulardan azad edilib.

Türkiyə ordusu hücuma cavab verib və terrorçuların Minnaq bölgəsindəki mövqeləri atəşə tutulub.

İstinadlar Report