
Suriyanın Latakiya, Tartus və Homs əyalətlərində keçid hökumət qüvvələri ilə üsyançılar arasında hərbi əməliyyatlar nəticəsində ölən mülki vətəndaşların sayı 830- nəfər çatıb.
Bu barədə İraqın “Shafaq news” xəbər portalı məlumat yayıb.
Qeyd olunub ki, keçid hökumət qüvvələri sahilyanı ərazilərə nəzarəti bərpa edib və dağlarda keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını təqib edir.