Suriya hökumət qüvvələri Hələb əyalətində yaraqlılardan ibarət təxribat qrupunun hücumuna məruz qalıb, 5 hərbçi həlak olub, 15-i yaralanıb.

Bu barədə Suriya Ərəb Respublikasındakı Düşmənçilik edən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit bildirib.

O, qeyd edib ki, İdlib vilayətində terrorçuların snayper atəşi nəticəsində 1 əsgər həlak olub, daha biri yaralanıb.

“Qeyri-qanuni silahlı birləşmələrin yaraqlılarından ibarət diversiya qrupunun Hələb vilayətinin Urum əs-Suqra qəsəbəsi ərazisində yerləşən Suriya hökumət qüvvələrinin mövqelərinə hücumu nəticəsində Suriyanın 5 hərbçisi həlak olub, 15-i yaralanıb”, – Kulit brifinqdə bildirib.

İstinadlar Report