
Suriyada terrorçuların snayper və minaatan hücumları nəticəsində iki əsgər yaralanıb.
Bu barədə Rusiyanın Suriyadakı Barışıq Mərkəzi rəhbərinin müavini kontr-admiral Oleq Juravlev bildirib.
“Latakiya əyalətində Karamanlı bölgəsindən olan terrorçuların Kulcok qəsəbəsi ərazisində hökumət qüvvələrinin mövqelərinə həyata keçirdikləri snayper hücumu nəticəsində bir Suriya əsgəri yaralanıb”, – o deyib.