
Suriyanın cənubundakı Deraa əyalətində bu gün baş verən partlayış nəticəsində hüquq-mühafizə orqanlarının 19 əməkdaşı yaralanıb.
“Sham FM” radiostansiyası yaraqlılar tərəfindən magistral yolun yaxınlığında basdırılan partlayıcı qurğunun işə salındığı barədə məlumat yayıb.