Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinin Cisir əş-Şuğur rayonunda törədilən partlayış nəticəsində 11 mülki şəxs ölüb, 27 mülki şəxs isə yaralanıb.

Hadisə yerinə Mülki Müdafiə Xidmətinin əməkdaşları cəlb olunub.

Partlayış nəticəsində ətrafdakı binalara və xeyli sayda avtomobilə ziyan dəyib.

Partlayışın səbəbi hələ ki məlum deyil.

İstinadlar Report