Suriya Milli Ordusu (Azad Suriya Ordusu) Hələb mühafəzəsində PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

“Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad etdiyini açıqlayıb”, – telekanal qeyd edib.

Məlumata görə, SMO Mənbicin 80 %-ni nəzarətə alıb.

İstinadlar Report