Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin başçısı təyin edilib və hökumət onun rəhbərliyi altında üç ay ərzində formalaşdırılacaq.
Bu barədə Əl-Bəşir Əl-Hədəs telekanalının efirində bildirib.
“Baş komandanlığın qərarı ilə bizə müvəqqəti hökumət formalaşdırmaq səlahiyyəti verilib. İlkin olaraq bu, 2025-ci il martın 1-dək həyata keçiriləcək”, – o qeyd edib.