Suriyanın Tartus şəhəri sahillərində Aralıq dənizində Livandan olan qanunsuz miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Qəza yerində xilasetmə işləri davam edir.

Bundan əvvəl Livanın ictimai işlər və nəqliyyat naziri vəzifəsini icra edən Əli Hami “Al Mayadeen” telekanalına müsahibəsində batmış gəminin göyərtəsində 120-dən 150-dək insanın ola biləcəyini qeyd edib.

İstinadlar Report