Suriya sahillərində Livandan olan miqrantların daxil olduğu gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Suriyanın səhiyyə naziri Həsən əl-Qabaşın sözlərinə görə, hələ də itkin düşənlərin axtarışı əməliyyatı davam edir.

Bundan əvvəl Suriya mediası 73 nəfərin öldüyü barədə məlumat yayıb.

İstinadlar Report