
Suriyanın şimalında Hələb vilayətində yerləşən Münbiç şəhərinə giriş zamanı minalanmış avtomobil naməlum yaraqlılar tərəfindən partladılıb.
Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. Məlumata görə, terror aktı nəticəsində ölən və yaralananlar var.
Fevralın 1-də şəhərin mərkəzində avtomobilin partlaması nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu”nun bölmələri Münbiç və Ayn əl-Ərəb (Kobani) rayonlarında kürdlərə qarşı hərbi əməliyyatlara başlayıb. Hazırda “Azad Suriya Ordusu”nun döyüşçüləri ilə “Suriya Demokratik Qüvvələri”nin kürd döyüşçüləri arasında Karakozak körpüsü və Fərat çayı üzərindəki “Tişrin” bəndi yaxınlığında toqquşmalar davam edir.