Suriya Müxalif və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası dekabrın 8-ni ölkədə milli bayram elan edib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Bu gün şəhidlərin, qurbanların, məhbusların, köçkünlərin və məzlumların qələbə günüdür”, – müxalifətin bəyanatında deyilir.

Koalisiya hakimiyyətin keçid administrasiyasına verilməsi prosesini tamamlamaq üçün işləri davam etdirəcəklərini və yeni Suriyanın inşasında bütün ölkələrlə strateji əməkdaşlığa hazır olduqlarını bildirib.

İstinadlar Qafqazinfo