İŞİD terror qruplaşması çərşənbə günü Suriyada avtobusun partladılmasına görə məsuliyyəti üzərinə götürüb.
Daha əvvəl Suriyanın SANA dövlət agentliyi bildirib ki, dinc vətəndaşların olduğu avtobus Deyr-ez-Zor-Palmira yolunda terror hücumuna məruz qalıb. Partlayış nəticəsində 28 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.