
Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Şeybani keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə ölkəyə tətbiq edilmiş sanksiyaların ləğv edilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib.
Suriyalı diplomat bu bəyanatı Davosda Dünya İqtisadi Forumunda Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr ilə söhbəti zamanı verib.
“İqtisadi sanksiyaların ləğvi Suriyanın sabitliyi üçün vacibdir”, – Şeybani bildirib.