
Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şibani Avropa ölkələrinə səfər etmək niyyətində olduğunu bildirib.
Bu barədə “Al Watan” qəzeti yazır.
“Əməkdaşlığın gücləndirilməsi məqsədilə Avropa ölkələrinə yola düşəcək yüksək səviyyəli nümayəndə heyətinə başçılıq edəcəyəm”, – o, Dəməşqdə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani ilə keçirdiyi mətbuat konfransında bildirib.