Livan və Suriyada iki gündür güclü meşə yanğınları davam edir.

Əlverişsiz hava şəraiti – istilər və güclü külək vəziyyəti daha da gərginləşdirib.

Livanda paytaxt Beyrutdan cənubda yerləşən Meşref bölgəsində və bir neçə sahilyanı kənddə dağ meşələri yanır. Livanın daxili işlər naziri Raya əl-Həsən yanğına qarşı mübarizə üçün Kiprin yardım etdiyini bildirib.

Çərşənbə axşamı səhər saatlarında Beyrutdan 15 kilometr məsafədə yerləşən Metn rayonunda daha bir güclü yanğın baş verib. Yanğının söndürülməsinə hərbi helikopterlər və mülki müdafiə qüvvələri qatılıb.

Suriyada əsas yanğın ocaqları ölkənin şimal-qərbindəki üç əyalətdə – Homs, Tartus və Latakiyada qeydə alınıb. Yanğının söndürülməsinə kömək etmək üçün cənub vilayətlərindən yanğınsöndürmə briqadaları oraya göndərilib.

İstinadlar Report