Suriya İctimai Təhlükəsizlik Departamentinin bölmələri martın 6-dan bəri silahlı toqquşmaların baş verdiyi Latakiya və Tartus rayonları ilə həmsərhəd olan Hama vilayətinin cənub-qərbində yerləşən Vadi əl-Uyun şəhərində qüvvələrini yerləşdirir.

Bu barədə Suriya keçid hökumətinin Daxili İşlər Nazirliyi teleqram kanalında məlumat yayıb.

Bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün bir neçə nəzarət-buraxılış məntəqəsi qurulacaq. Eyni zamanda, DİN Vadi əl-Uyundakı yüksəkvəzifəli şəxslərin axtarışda olanları və onların silahlarını təhvil verməyə razı olduqlarını bildirib.

İstinadlar Report