
Dəməşqin kənarında yerləşən Əşrəfiyyə Səhnaya qəsəbəsində silahlı qruplaşmalarla toqquşmalarda Suriya təhlükəsizlik qüvvələrinin azı 16 əməkdaşı ölüb.
Bu barədə “İl İhbariyyə” telekanalına təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib.
O, silahlı qruplaşmaların bir neçə yolu bağladığını, ordu və təhlükəsizlik qüvvələrinin mülki insanları qorumaq və qruplaşmaların mülki şəxslərə və ictimai əmlaka zərər verməməsi üçün onları zərərsizləşdirmək məqsədilə irəliləməyə çalışdığını deyib.
Kanal həmçinin bildirir ki, cinayətkar qruplaşmaları təqib etmək üçün qəsəbəyə təhlükəsizlik qüvvələrinin böyük kontingenti gəlib və komendant saatı tətbiq edilib.
“Syria TV” telekanalı isə məlumat yayıb ki, Dəməşqi Dəraa və Əs-Suveyda əyalətləri ilə birləşdirən əsas magistral yollar bağlanıb və buna səbəb Əşrəfiyyə Səhnaya qəsəbəsində yerləşən yaraqlı qruplaşmaların orada dinc sakinlərə qarşı hücumlar həyata keçirməsidir.Son bir neçə saat ərzində çoxlu sayda dinc sakin ölüb və yaralanıb. Mülki itkilərin dəqiq sayı barədə məlumat verilmir.