
Suriya sanksiyaların yumşaldılmasına dair şərtlər siyahısı ilə bağlı ABŞ-yə yazılı cavab verib.
Bu barədə “Reuters” məlumat yayıb.
Suriya hökuməti şərtlərin əksəriyyətini yerinə yetirdiyini vurğulayır, lakin qalan şərtlərin yerinə yetirilməsi üçün Vaşinqtonla “qarşılıqlı anlaşma” tələb olunur.
ABŞ Dövlət Departamentinin nümayəndəsi təsdiqləyib ki, Vaşinqton Suriya hökumətindən ABŞ-nin “etimadın möhkəmləndirilməsi üçün konkret, ətraflı tədbirlər” görülməsi xahişinə cavab alıb.
“Biz hazırda cavabı qiymətləndiririk. Gələcəkdə münasibətlərin normallaşması müvəqqəti hakimiyyətin addımları ilə müəyyən ediləcək”, – Dövlət Departamentindən bildirilib.