
Suriya Rusiya, İran və İsraildən məhsul idxalını qadağan edib.
Bununla yanaşı, İran və İsrail vətəndaşlarının sərhəd-keçid məntəqələri, eləcə də limanlar vasitəsilə Suriyaya girişini qadağan olunub.
Bildirilir ki, bu ölkələrdən gələn məhsullar müsadirə ediləcək.
Qeyd edək ki, Suriyanın yeni hakimiyyəti Ərəb Dövlətləri Liqasından ölkənin bərpası üçün kömək istəyib. Eyni müraciət BRICS üzv ölkələrinə də edilib.